11:37 / 12-11-2024
"Veteran pulu" artırılacaq
İsrail ordusu Qəzzada 320 hədəfə zərbə endirib
Tarix: 23-10-2023 11:19 | Bölmə: Dünya
İsrail ordusu Qəzzada 320 hədəfə zərbə endirib

İsrail Müdafiə Qüvvələri 24 saat ərzində Qəzza zolağında 320 hədəfə, o cümlədən Fələstinin İslamçı HƏMAS hərəkatının yeraltı tunellərinə zərbələr endirib.

Reyting.az
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi teleqram-kanalında bildirilib.

Məlumata görə, İsrail Müdafiə Qüvvələri HƏMAS və “İslami Cihad” terrorçularının yerləşdiyi onlarla əməliyyat qərargahına da hücum edib.

Həmçinin, son 24 saat ərzində İsrail ordusu Qəzzada quru əməliyyatlarına hazırlaşan İsrail bölmələri üçün təhlükə yaradan qurğuları da məhv edib. İsrail Müdafiə Qüvvələrinə məxsus tank terrorçuların bir sıra döyüş mövqelərini, o cümlədən Qəzzada tank əleyhinə qurğunu sıradan çıxarıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
7-11-2024, 08:30 Beyrut yenə bombalanıb