20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ Hərbi Dəniz Qüvvələri kibermühafizə strategiyasını qəbul edib
Tarix: 22-11-2023 11:47 | Bölmə: Dünya
ABŞ Hərbi Dəniz Qüvvələri kibermühafizə strategiyasını qəbul edib

ABŞ Hərbi Dəniz Qüvvələri çərşənbə axşamı donanmanın müdafiə infrastrukturunun kibermühafizəsi sahəsində yeni strategiyanın qəbul edildiyini bildirib.

Reyting.az
-ın xəbərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro faktı təsdiqləyib.

Karlos Del Toro deyib ki, bu strategiya bütün dünyada kiber əməliyyatlardan öyrənilmiş onilliklər boyu təcrübəyə əsaslanır: “Biz diqqətimizi müttəfiqlərimiz və tərəfdaşlarımızla əməkdaşlığı gücləndirməklə yanaşı, kiber əməliyyatlarımızı aqressiv şəkildə inkişaf etdirməyə yönəldirik”.

Onun sözlərinə görə, strategiya yeddi ayrı sahəni, o cümlədən kibertəhlükəsizlik sisteminin saxlanılması və təkmilləşdirilməsi, şəbəkə sistemi məlumatlarının qorunması, mühüm müdafiə infrastrukturunun və silah sistemlərinin təhlükəsizliyinin təmin edilməsi, kiber əməliyyatların aparılması, tərəfdaşlarla əməkdaşlığın təmin edilməsi və onlarla məlumat mübadiləsini əhatə edir.

“Strategiyamız kibermüharibədə mükəmməlliyə sadiqliyimizi bir daha təsdiqləyir”,- deyən Karlos Del Toro əlavə edib ki, bütün dünyada kiberəməliyyatlar apararkən kiberməkanda məlumatları qorumağa üstünlük verirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər