20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İran “Şahed” dronlarının yeni versiyasını hazırlayıb
Tarix: 22-11-2023 12:40 | Bölmə: Dünya
İran “Şahed” dronlarının yeni versiyasını hazırlayıb

Bu yaxınlarda İran “Şahed-238” hücum dronlarının yeni versiyasını təqdim edib. Məlumata görə, bu dronlardan artıq Ukraynada istifadə olunub.

Reyting.az
-ın xəbərinə görə, ukraynalı ekspert Andrey Kramarov deyib ki, bu dronların yaradılmasında İranla yanaşı, Rusiya hərbi sənaye kompleksinin mühəndis-texniki heyəti də iştirak edib.

Ekspertin sözlərinə görə, “Şahed”lərin naviqasiya sistemi, elektron döyüş sistemlərindən yan keçməsi və manevr qabiliyyəti baxımından modernləşdirilməsi göstərir ki, bu PUA əslində Rusiya texnologiyalarının qanadlı raketlərin yaradılması üçün uyğunlaşdırılıb.

“Təhlükə ondan ibarətdir ki, İran və Rusiya öz elmi-texniki potensialını birləşdirib. İndi onlar başqa bir şeyi təkmilləşdirə bilərlər. Xüsusilə, İran pilotsuz təyyarələrin istehsalı üçün imkanlar yaradıb və Rusiya pilotsuz təyyarələrin effektivliyini artırmaq üçün elmi-texniki baza təmin edə bilər. Öz növbəsində, Ukrayna pilotsuz təyyarələrin istehsalında düşmənə qarşı çıxmaq üçün öz silahlarını təkmilləşdirməlidir”, - deyən Kramarov hesab edir ki, indi Ukrayna, ABŞ və İsrail istehsalçılarının imkanlarını birləşdirməyin yollarını axtarmaq lazımdır.

Kramarov əlavə edib ki, artıq hazırlanmış ən yaxşı dron dizaynlarını seçməyə diqqət yetirməyə dəyər: “Hazırda bizim üçün bu, prioritet məsələdir. Məsələn, “Şahed” zahirən primitiv silahdır. Lakin rus mühəndislərinin təxminən bir il ərzində üzərində işlədiyi “Şahed-238” daha təhlükəli silaha çevrilib”.

Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat İranın yeni “Şahed-238” dronunun təqdimatını şərh edərkən bildirib ki, bu dronu vizual olaraq aşkar etmək çətindir, bu, onun tutqun qara rəngə boyanması ilə bağlıdır.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər