Nümayişçilər saxlanılanların buraxılmasını tələb edir
Tarix: 26-12-2023 09:41 | Bölmə: Dünya
Nümayişçilər saxlanılanların buraxılmasını tələb edir

Serbiyada müxalif koalisiyanın tərəfdarları etiraz aksiyasını dayandırıblar.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, 17 dekabr parlament seçkilərinin nəticələrinə etiraz edən “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının tərəfdarları Belqarad polis idarəsinin qarşısında aksiyanı dayandırmaq qərarı veriblər.

Nümayişçilər aksiyada saxlanılan partiyadaşlarının buraxılmasını tələb etməkdən ötrü Serbiya paytaxtının digər hissəsindəki polis idarəsinə üz tutublar.

ELÇİN




Bölməyə aid digər xəbərlər