20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Avropa İttifaqı iclası təxirə salmaq məcburiyyətində qalıb
Tarix: 26-12-2023 16:55 | Bölmə: Dünya
Avropa İttifaqı iclası təxirə salmaq məcburiyyətində qalıb
Dmitri Kuleba

Avropa İttifaqı Ukraynaya 50 milyard avronun ayrılması məsələsinə baxılmasını 2024-cü ilin fevral ayının 1-dək təxirə salıb.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

D. Kuleba bildirib ki, 50 milyard avro ilə bağlı qərarın rəsmiləşdirilməsi Macarıstanın vetosuna görə deyil. Onun sözlərinə görə, iclasın təxirə salınmasına səbəb qalan 26 Avropa ölkəsinin Macarıstanın üzvlüyü ilə bağlı razılığa gəlməsi üçündür.

D. Kuleba əmindir ki, Ukrayna istənilən halda Avropa İttifaqından pul alacaq:

“Yalnız bir sual qalıb. Ya 27 dövlət, o cümlədən Aİ-nin bütün üzvləri bunu birlikdə edəcək, ya da bu pulu Macarıstansız Avropa İttifaqının 26 ölkəsi ayıracaq. Bu, onların daxili birliyi məsələsidir və onlar buna səy göstərirlər”.

Nazir əlavə edib ki, Macarıstanla əlavə danışıqlar aparmaq üçün bir ay vaxt verilib.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel dekabrın 14-15-də Aİ liderləri arasında danışıqlar başa çatdıqdan sonra Macarıstanın baş naziri Viktor Orbanın Aİ-nin 50 milyard avroluq yardımla bağlı qərar qəbul etməsinə icazə vermədiyini bildirib.

Eyni zamanda, liderlər 2024-cü il fevralın 1-də Ukraynaya yardımla bağlı maliyyə məsələsinə səs verəcək sammit keçirmək barədə razılığa gəliblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər