Güclü qasırğa Avstraliyada 10 nəfərin həyatına son qoyub
Tarix: 27-12-2023 14:25 | Bölmə: Dünya
Güclü qasırğa Avstraliyada 10 nəfərin həyatına son qoyub

Avstraliyada şiddətli qasırğa 10 nəfərin ölümünə və on minlərlə mülkün işıqsız qalmasına səbəb olub.

Reyting.az
“Reuters”ə istinadla bildirir ki, dekabrın 25-i və 26-da Viktoriya, Yeni Cənubi Uels və Kvinslend ştatlarında kəskin hava şəraiti müşahidə olunub, güclü dolu və leysan yağıb. Ən çox zərər çəkmiş ərazilərdə güclü külək damları qoparıb, ağacları aşırıb. 90 mindən çox ev hələ də işıqsızdır.

Kvinslend polis komissarı Katarina Kerroll jurnalistlərə açıqlamasında deyib ki, göyərtəsində 11 nəfərin olduğu yaxtanın Moreton körfəzindəki Green Island yaxınlığında fırtına zamanı aşması nəticəsində 3 nəfər həlak olub.

Polisin məlumatına görə, iki qadının meyiti su basmış kanalizasiyadan tapılıb.

Səlahiyyətlilər xəbərdarlıq edir ki, sürətlə artan çayların suyu Milad və Yeni il həftələrində adətən izdihamlı olan düşərgələri basa bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}