Rusiya Yaponiyanı hədələyir
Tarix: 27-12-2023 15:19 | Bölmə: Dünya
Rusiya Yaponiyanı hədələyir

Amerikanın “Patriot” zenit-raket komplekslərinin Yaponiya tərəfindən Ukrayna Silahlı Qüvvələrinə verilməsi ciddi nəticələrə səbəb olacaq.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

M. Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərdarlığında qeyd edir:

"Yapon raketləri Ukrayna Silahlı Qüvvələrinin əlinə keçərsə, bu cür hərəkətlər Rusiya Federasiyasına qarşı açıq-aşkar düşmənçilik kimi qiymətləndiriləcək və Yaponiya üçün ən ağır nəticələrə səbəb olacaq".

Zaxarovanın sözlərinə görə, Tokionun Kiyevə silah ötürməyə razılıq verməsi onu göstərir ki, Yaponiyanın baş naziri Fumio Kişidanın administrasiyası ölkənin müharibədən sonrakı Konstitusiyasının pasifist müddəalarının ardıcıl ləğvi istiqamətində öz kursunu bir daha təsdiqləyib.

Diplomat həmçinin vurğulayıb ki, bu kurs “qlobal və regional təhlükəsizlik üçün nəzərəçarpacaq mənfi nəticələrə səbəb olacaq”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
11-12-2024, 08:41 Dmitri Medvedev Pekindədir

bütün xəbərlər