18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Rusiyanın 65 hərbçisi öldürülüb
Tarix: 21-02-2024 11:39 | Bölmə: Dünya
Rusiyanın 65 hərbçisi öldürülüb

Dünən Ukrayna ordusu Donetsk vilayətinin Volnovaxa rayonunun Trudovskoye kəndi yaxınlığındakı poliqona hücum edib.

Reyting.az
xəbər verir ki, bu barədə BBC-nin Rus Xidməti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində azı 65 rusiyalı hərbçi həyatını itirib.

Ehtimal olunur ki, zərbələr HİMARS reaktiv yaylım atəşi sistemi ilə həyata keçirilib. Bu zaman 36-cı qvardiya motoatıcı briqadasının hərbi qulluqçuları sıralanmada olub. 4-cü, 5-ci və 6-cı rotalardan olan rus əsgərləri təlim meydançasında dayanaraq Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandiri, general-mayor Oleq Moiseyevin gəlişini gözləyirmiş.

Qeyd edək ki, Ukrayna tərəfinin bu hücumu cəbhənin bütün istiqmətlərində rus ordusunun irəliləməsi haqda xəbərlər fonunda həyata keçirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}