20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rus ordusu Krinkini tutduğunu deyir, Ukrayna isə əksini söyləyir
Tarix: 21-02-2024 12:14 | Bölmə: Dünya
Rus ordusu Krinkini tutduğunu deyir, Ukrayna isə əksini söyləyir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Putinə məruzə edib ki, Xerson vilayətinin Krınki kəndi rus ordusunun nəzarətinə keçib. Lakin Ukrayna bu bəyanatı təkzib edir.

Reyting.az
-ın xəbərinə görə, Cənub Müdafiə Qüvvələri Telegram kanalında bildirib ki, Rusiya qoşunları Xerson vilayətinin sol sahilində hücum əməliyyatlarında uğur qazana bilməyib, manipulyasiya və faktların saxtalaşdırılmasına əl atıblar.

“Təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyi Dnepr çayının sol sahilindəki körpübaşının təmizləndiyini bəyan edib. Rəsmi olaraq bildiririk ki, bu məlumat həqiqətə uyğun deyil. Ukraynanın cənubunun müdafiə qüvvələri xeyli itki verərək mövqelərini saxlamaqda davam edir”, - bəyanatda deyilir.

Hərbçilər qeyd ediblər ki, ruslar hücuma cəhd etsələr də, xeyli itki veriblər.

“İşğalçılar komandanlığın qarşıya qoyduğu tapşırığı yerinə yetirə bilməyib, körpübaşının dağıdılması barədə yalan məlumat verərək əvvəlcədən hazırlanmış təbliğat mövqelərinə çəkiliblər”, - Cənub Müdafiə Qüvvələri əlavə edib.

Qeyd edək ki, Rusiya müdafiə naziri Şoyqu deyib ki, Krınki təmizlənib və rus ordusu artıq faktiki olaraq Krinki və Konka çaylarının bütün sahillərində dayanıblar.

Yada salaq ki, ötən ilin oktyabr ayının ortalarında Ukrayna Dnepr çayının sol sahilinə desant çıxarıb. Bu yaxınlarda isə hərbçilər Krınkidə Ukrayna bayrağının quraşdırılmasını əks etdirən video yayımlayıblar.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər