20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Zelenski: “Ukraynanın itkiləri Rusiyanın itkilərindən beş dəfə azdır”
Tarix: 23-02-2024 11:19 | Bölmə: Dünya
Zelenski: “Ukraynanın itkiləri Rusiyanın itkilərindən beş dəfə azdır”

“Ukraynalı müdafiəçilər arasında itkilər rusiyalılardan beş dəfə azdır”.

Reyting.az
xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Biz on minlərlə insanın öldürüldüyünü bilirik. On minlərlə uşaq deportasiya edilib. Ölən əsgərlərin sayını müqayisə etsək, mən deyərdim ki, bu nisbət 1:5 təşkil edir. Döyüşdə həlak olan hər bir ukraynalı əsgərə 5 rus əsgəri düşür. Bu təxmini statistikadır” , - Ukrayna prezidenti əlavə edib.

V. Zelenski qeyd edib ki, ruslar 400 mindən çox əsgər itirib.

Tammiqyaslı müharibə başlayandan bəri Ukrayna itkilərini rəsmən açıqlamayıb. Hələ 2022-ci ildə Ukrayna rəhbərliyi 9 minə yaxın əsgərin öldüyünü desə də, sonra başqa rəqəmlər verilməyib.

“Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya daha əvvəl Zelenskiyə Ukraynanın müharibədəki itkiləri ilə bağlı məlumatları açıqlamağı təklif etmişdi ki, cəmiyyət itkilərin “təsəvvür etdikləri qədər böyük olmadığını” başa düşsün.

Eyni zamanda Ukrayna müdafiə nazirinin keçmiş müavini Anna Malyar bildirib ki, itkilərin açıqlanmamasının səbəblərindən biri müdafiəçilərin özlərinin təhlükəsizliyidir. Onun sözlərinə görə, əməliyyatları planlaşdırarkən hərbçilər, xüsusən də düşmən bölmələrində döyüşə hazır olan şəxslərin sayına dair məlumatlara əsaslanır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər