17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ukrayna Maydanında fəalları güllələmkədə şübhəli bilinən snayper saxlanılıb - Fotolar
Tarix: 15-11-2018 18:10 | Bölmə: Dünya
Ukrayna Maydanında fəalları güllələmkədə şübhəli bilinən snayper saxlanılıb

Ukraynanın hüquq-mühafizə orqanları 2014-cü ildə Maydanda fəalları güllələməkdə şübhəli bilinən “Omeqa” xüsusi dəstəsinin keçmiş əməkdaşını tutublar.

Reyting.az bildirir ki, bu haqda Ukraynanın bir neçə informasiya agentliyi, o cümlədən “İnterfax-Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.

Ukrayna Maydanında fəalları güllələmkədə şübhəli bilinən snayper saxlanılıb

Bildirildiyinə görə, saxlanılan “Omeqa”nın snayperi olub və 2015-ci ildə hüquq-mühafizə orqanlarından işdən çıxıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Daxili Qoşunlarının keçmiş komandiri Stanislav Şulyak keçmiş prezident Viktor Yanukoviçin işi üzrə ifadəsində Maydanda atəş açılmasına şəxsən göstəriş verdiyini söyləyib.

Ukrayna Maydanında fəalları güllələmkədə şübhəli bilinən snayper saxlanılıb

O həmçinin əmin edib ki, guya etiraz edənlərə qarşı silah tətbiq edilməsi ilə bağlı yuxarı rəhbərlikdəki heç kimdən komanda almayıb. Şulyakın söylədiyinə görə, onun tabeliyindəkilər etirazçıların toplaşdığı ərazi şin yandırılması səbəbindən çox tüstülü olduğundan və görmə imkanının çətinliyindən atəş açmadıqlarını məruzə ediblər.

Ukrayna Maydanında fəalları güllələmkədə şübhəli bilinən snayper saxlanılıb

Baş Prokurorluğun Xüsusi araşdırma departamentinin rəisi Sergey Qorbatyuk Maydanda ölən və yaralananların son sayını açıqlayıb. Onun sözlərinə görə, 2014-cü ili fevralın 19-22-də Maydanda 78 fəal və 13 hüquq-mühafizə orqanı əməkdaşı ölüb, çəmisi 2000-dən çox adam yaralanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}