Nazir: “Fransızlar Ukrayna üçün ölməyəcəklər”
Tarix: 01-03-2024 15:22 | Bölmə: Dünya
Nazir: “Fransızlar Ukrayna üçün ölməyəcəklər”

Fransa Ukrayna qoşun göndərməyəcək və fransızlar Ukrayna üçün ölməyəcəklər.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

Bununla da Paris Ukrayna Silahlı Qüvvələrinə kömək üçün öz qoşunlarını göndərməkdən rəsmən imtina edib.

Nazir bildirib ki, Rusiya-Ukrayna müharibəsi üçün çərçivə müəyyən edilib, bu da Rusiyanın Rusiya ilə müharibə etmədən qalib gəlməsinin qarşısını almaqdır.

Eyni zamanda, Stefan Sejurne vurğulayıb ki, Avropada təhlükəsizlik üçün Rusiyanın Ukraynada məğlubiyyətinin zəruri olduğunu bildirən respublika prezidenti Emmanuel Makron əvvəllər dediyi kimi, bu çərçivədə heç nə istisna edilmir.

Xatırladaq ki, Fransa prezidenti bir müddət əvvəl etiraf edib ki, Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna Silahlı Qüvvələrinə kömək üçün öz əsgərlərini göndərə bilərlər. Amma Aİ-nin digər ölkələri bu ideyanı dəstəkləməyiblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}