20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Zelenski Əminə Cəfərovanı Vyanaya göndərir
Tarix: 02-04-2024 17:04 | Bölmə: Dünya
Zelenski Əminə Cəfərovanı Vyanaya göndərir

Əminə Cəfərova Ukrayna Xarici İşlər Nazirliyində tutduğu vəzifədən azad edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

Onun sözlərinə görə, bu gün hökumətin iclasında kadr məsələləri müzakirə edilib və Cəfərovanın vəzifədən azad edilməsi barədə qərar verilib.

Məlumat üçün qeyd edək ki, 2024-cü il fevralın 22-də prezident Vladimir Zelenski Əminə Cəfərovanı Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edib.

Xatırladaq ki, Əminə Cəfərova 2020-ci il iyunun 10-da Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Xanım Cəfərova bu vəzifədə əsasən xalq diplomatiyası, beynəlxalq təşkilatlarla əlaqə, dövlət protokolu və Krım məsələləri ilə məşğul olub.

Onu da qeyd edək ki, xanım Cəfərova milliyyətcə Krım tatarı, ixtisasca jurnalistdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər