Gürcüstan da "Xarici agent" axtarışına çıxacaq
Tarix: 15-04-2024 18:34 | Bölmə: Dünya
Gürcüstan da "Xarici agent" axtarışına çıxacaq

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxmağa başlayıb. Elə ilk iclasdaca deputatlar arasında bu məsələ ilə bağlı gərginlik yaşanıb və deputatlar əlbəyaxa dava ediblər

Reyting.az
"Georgia News" nəşrinə istinadla xəbər verir ki, aprelin 15-də Gürcüstan parlamentində müzakirəyə çıxarılan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Rusiyanın “Xarici agentlər haqqında” qanununun analoqudur.

Birinci gün sənədə hüquq məsələləri komitəsinin iclasında baxılıb. Müzakirə dava ilə kəsilib: parlament çoxluğunun lideri olan Mamuka Mdinaradzenin çıxışı zamanı ona müxalifətdəki Vətəndaşlar Partiyasının lideri Aleko Elisaşvili qəfil hücum edib. Daha sonra davaya digər deputatlar da qoşulublar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}