16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib
Tarix: 16-04-2024 10:15 | Bölmə: Dünya
Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib

Bu gün Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.

Reyting.az
verir ki, giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq, ancaq dəvət olunmuş şəxslər binaya daxil ola biləcəklər. Məhdudiyyətlər akkreditə olunmuş jurnalistlərə təsir etməyəcək.

Plenar iclasda deputatlar “Xarici agentlər haqqında” qanun layihəsini müzakirə edəcəklər. Qanunun əleyhdarları isə aprelin 16-da saat 11-də parlament yaxınlığında etiraz aksiyalarını bərpa edəcəklərini vəd ediblər.

Qeyd edək ki, dünən Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə “Xarici agentlər haqqında" qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb.

Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər. Aksiyaçılarla toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib.

Yerli KİV-in məlumatına görə, saxlanılanlar arasında müxalifətin “Girçi – Daha Azadlıq” Partiyasının lideri Zurab Caparidze də var.

Gürcüstan Prezidenti Salome Zurabişvili özünün "X"dəki hesabında aksiyaçılara dəstək verib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}