Türkiyə ordusu İraqın şimalında 21 PKK-çını zərərsizləşdirib
Tarix: 16-04-2024 12:26 | Bölmə: Dünya
Türkiyə ordusu İraqın şimalında 21 PKK-çını zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalında daha bir əməliyyat keçirib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalındakı Qara bölgəsində aşkarlanan daha 5 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib: "Bununla da son iki gündə zərərsizləşdirilən terrorçuların sayı 21-ə çatıb".

Xatırladaq ki, İraqın şimalındakı Asos və Hakurk bölgələrində dünən həyata keçirilən hava əməliyyatlarında ümumilikdə 16 terrorçu zərərsizləşdirilib.

E.ARAZ
Reytig.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}