16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
NATO Özbəkistan üçün hərbi kadrlar hazırlayır
Tarix: 16-04-2024 18:57 | Bölmə: Dünya
NATO Özbəkistan üçün hərbi kadrlar hazırlayır

NATO təlimatçıları Özbəkistan ordusunun hərbi qulluqçuları üçün təlimlərə başlayıblar.

Reyting.az
xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, Şimali Atlantika Alyansının mütəxəssisləri artıq müvafiq hərbi mərkəzdə yaradılan maddi-texniki baza və şəraitlə tanış olublar.

“NATO-ya üzv ölkələrdə çavuşların hazırlığı və ixtisaslarına dair bir sıra mövzularda təlimlər təşkil olunub və bu mövzuda qarşılıqlı fikir mübadiləsi aparılıb”, - deyə mətbuat xidmətinin məlumatında qeyd olunur.

Birgə təlim aprelin 20-dək davam edəcək.

Bundan əvvəl məlum olub ki, NATO öz nəzarəti altında olan ərazidə Ukrayna ordusuna təlim keçmək planlarından imtina edib. Alyansın sözçüsü bildirib ki, blokun Ukraynaya hər hansı formada qoşun göndərmək planı yoxdur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}