İŞİD liderinin köməkçisi kürdlərə əsir düşdü
Tarix: 01-12-2018 19:23 | Bölmə: Dünya
İŞİD liderinin köməkçisi kürdlərə əsir düşdü

Kürdlərin “Suriya demokratik qüvvələri”nin nümayəndələri İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması liderinin köməkçilərindən birini əsir götürdüklərini xəbər veriblər.

Reyting.az bildirir ki, “Reuters”in yaydığı məlumata görə, qruplaşmanın lideri Əbu Bəkr əl-Baqdadinin köməkçisi Usama əl-Aveyd Suriya ərazisində 40-dan çox terror aktının təşkilində cavabdehdir.

Bundan əlavə, o, İŞİD-in Rakka, Deyr-əz-Zore və digər regionlarda təhlükəsizliyinə cavabdeh olub. Onu Efratanın şərqində ələ keçirmək mümkün olub.

İŞİD liderinin harada olması isə hələ də məlum deyil. 2018-ci ilin avqust ayında islamçı media onun çıxışının audio yazısını yayıb. Onun həqiqətən Əbu Bəkr əl-Baqdadi olub-olmadığını müəyyənləşdirmək mümkün deyil.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}