12:56 / 15-10-2024
Sabah yağış yağacaq
12:47 / 15-10-2024
Əhalinin sayı açıqlanıb
Rusiyanın “S-300” və “S-400” komplekslərinə raket zərbələri vurulub
Tarix: 12-06-2024 16:47 | Bölmə: Dünya
Rusiyanın “S-300” və “S-400” komplekslərinə raket zərbələri vurulub

Ukrayna Silahlı Qüvvələri Krımda yerləşdirilən Rusiyaya məxsus zenit-raket komplekslərinə hücum edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, Belbek yaxınlığında düşmənin bir “S-300” zenit-raket diviziyasına, həmçinin Belbek və Sevastopol yaxınlığında iki “S-400” zenit-raket diviziyasına raket zərbələri endirilib.

Qeyd olunur ki, “S-300” və “S-400” komplekslərinin iki radarı məhv edilib, üçüncü radarla bağlı məlumatlar dəqiqləşdirilir.

Baş Qərargahın məlumatından aydın olur ki, Rusiya Federasiyasının zenit-raket bölmələrinin yerləşdiyi hər üç ərazidə döyüş sursatlarının növbəti partlaması qeydə alınıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}