Paşinyan: “Katolikosun və Köçəryanın dəstəsi polisə hücum edib”
Tarix: 13-06-2024 13:34 | Bölmə: Dünya
Paşinyan: “Katolikosun və Köçəryanın dəstəsi polisə hücum edib”

Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlament binası yaxınlığında nümayişçilərlə polis arasında baş verən qarşıdurmadan danışıb. O, polisin hərəkətlərinin doğru olduğunu deyib.

Reyting.az
-ın məlumatına görə, bu gün parlament tribunasına qalxan baş nazir elan edib ki, dünən bütün ermənilərin katolikosu və Robert Köçəryanın başçılıq etdiyi hərəkatın iştirakçıları polisə hücum edib.

O, polisin etirazçılara müqavimət göstərməsinin qanuni və peşəkar olduğunu, belə hallarda polisin eyni davranacağını bildirib.

Onun sözlərinə görə, etirazçılar parlamentə hücum etmək üçün polis xəttini zorla yarmağa cəhd göstəriblər.

“Polis Ermənistanın qanunvericilik institutunu, Ermənistanın dövlətçiliyini qorudu”, - Paşinyan deyib. O, əlavə edib ki, dünənki tədbirlər nəticəsində 18 polis əməkdaşı və 83 vətəndaş xəsarət alıb, bütün xəsarətlər yüngül və orta ağırdır. Baş nazir bildirib ki, bir nəfərin üç barmağı sınıb:

“İğtişaşları törədənlər məsuliyyətə cəlb edilməlidir. Qanuni nizamı mərhəmət üzərində qurmaq olmaz”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər