Çin Rusiya və Ukraynanı atəşkəsə çağırır
Tarix: 10-07-2024 09:07 | Bölmə: Dünya
Çin Rusiya və Ukraynanı atəşkəsə çağırır

Rusiya-Ukrayna müharibəsində tərəflər məsuliyyətlə gərginliyi azaltmalı və atəşkəs məsələsini nəzərdən keçirməlidir.

Reyting.az
xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien bildirib.

Ukraynanın paytaxtı Kiyevə edilən raket hücumu, eləcə də paytaxtda ən böyük uşaq xəstəxanası da daxil olmaqla bir çox bina və infrastrukturun zədələndiyi hücumla bağlı sualı cavablandıran Lin Cien deyib ki, Çinin Ukrayna məsələsində mövqeyi sabit və aydındır.

“Tərəflər məsuliyyətlə gərginliyi azaltmalı, atəşkəs və siyasi həll üçün vəziyyəti qiymətləndirməlidir”, - Lin bəyan edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər