Almaniya Gürcüstanla münasibətlərinə yenidən baxır - Səfir
Tarix: 10-07-2024 14:25 | Bölmə: Dünya
Almaniya Gürcüstanla münasibətlərinə yenidən baxır

Almaniya Gürcüstan hakimiyyətinin anti-Qərb kursuna görə bu ölkə ilə münasibətlərinə yenidən baxır.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer jurnalistlərlə söhbətində bildirib.

Səfir xatırladıb ki, Gürcüstan hökumətinin hərəkətləri səbəbindən 27 dövlət və hökumət başçısının daxil olduğu Avropa Şurası iyunun sonunda Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesini dayandırmaq barədə qərar qəbul edib.

Almaniyaya gəlincə, səfir deyib ki, ölkəsi Gürcüstanla münasibətlərini nəzərdən keçirir: “Bildiyiniz kimi, biz Amerika Birləşmiş Ştatları ilə birlikdə Gürcüstanda ən böyük əməkdaşlıq donorlarından biriyik”.

O qeyd edib ki, Almaniya Gürcüstan qarşısında heç bir yeni öhdəlik götürməmək qərarına gəlib. Onun sözlərinə görə, Almaniya silahlı qüvvələri də “Layiqli tərəfdaş” təlimində iştirakını ləğv edib.

Bundan əlavə, Almaniya keçən il Tbilisidə keçirilən və bu yay Berlində keçirilməsi planlaşdırılan böyük hüquq forumunun ləğvinə də qərar verib.

Fişer gələcək tədbirləri nəzərdən keçirirdiklərini bildirib.

Xatırladaq ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski İttifaqının Gürcüstan Müdafiə Qüvvələrinə dəstək üçün ayrılan 30 milyon avronu dondurması barədə məlumat verib.

Aİ liderlərinin iyunda keçirilən sammitində bildirilib ki, Gürcüstan hakimiyyətinin hazırkı kursu Gürcüstanın Aİ-yə gedən yolunu təhlükə altında qoyur və faktiki olaraq üzvlük prosesinin dayanmasına gətirib çıxarır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər