Rəsmi Moskva Almaniyanı hədələyib: "Potensial qurbanlar Avropa paytaxtları olacaq"
Tarix: 13-07-2024 19:20 | Bölmə: Dünya
Rəsmi Moskva Almaniyanı hədələyib: "Potensial qurbanlar Avropa paytaxtları olacaq"

Rusiyanın ABŞ-nin uzaqmənzilli raketlərinin Avropada yerləşdirilməsinə cavab vermək üçün kifayət qədər potensialı var.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu qarşıdurmada potensial qurbanlar Avropa paytaxtları olacaq.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts Yaponiyanın Baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında bildirib ki, Almaniya ərazisində yeni Amerika raketlərinin yerləşdirilməsi planları Rusiya ilə gərginliyə səbəb olmayacaq.

Kansler qeyd edib ki, silah çəkindirici funksiyanı yerinə yetirir və əvvəldən arxa cəbhənin təhlükəsizliyinin qorunması üçün nəzərdə tutulub(Report).




Bölməyə aid digər xəbərlər