Paytaxt şəhərinə hücum: 6 nəfər öldürülüb, çoxsaylı yaralı var
Tarix: 17-07-2024 09:25 | Bölmə: Dünya
Paytaxt şəhərinə hücum: 6 nəfər öldürülüb, çoxsaylı yaralı var

Omanın paytaxtı Maskatın Əl-Vadi əl-Kəbir rayonunda məscidin yaxınlığında silahlı hücum olub. Hücumda biri polis məmuru olmaqla 6 nəfər həyatını itirib, 28 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, Oman mediasının yazdığına görə, hücumun təşkilində şübhəli bilinən 3 nəfər öldürülüb.

Oman Sultanlığının Təhlükəsizlik Baş İdarəsindən verilən açıqlamada hadisə ilə bağlı təhlükəsizlik tədbirlərinin görüldüyü və araşdırmaya başlanıldığı qeyd edilsə də, hadisənin səbəbi açıqlanmır.

Pakistan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Maskatda baş verən silahlı hücumda ölənlərdən 4-nün pakistanlı olduğu, yaralananlar arasında pakistanlıların da olduğu bildirilib.

Terror təşkilatı İŞİD sosial şəbəkələr vasitəsilə qanlı hücumun məsuliyyətini üzərinə götürüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər