12:56 / 12-12-2024
Sabah yağış yağacaq
Polşa Belarusla sərhəddə hərbi əməliyyat keçirəcək
Tarix: 17-07-2024 18:22 | Bölmə: Dünya
Polşa Belarusla sərhəddə hərbi əməliyyat keçirəcək

Avqustun 1-də Polşa Belarusla sərhəddə “Təhlükəsiz Podlasie” əməliyyatına başlayacaq. Əməliyyata 17 minə yaxın hərbi qulluqçu cəlb olunacaq və bu işə 18-ci mexanikləşdirilmiş diviziya cavabdeh olacaq.

Reyting.az
xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Komış bildirib.

Onun sözlərinə görə, Belarusla sərhəddə bufer zonanın tətbiqi ilə bağlı qərar müsbət effekt verir - məsələn, sərhədi keçməyə cəhdlərin və keçidlərin sayı azalıb.

Qeyd edilib ki, polis əməkdaşları, o cümlədən Kosovoda missiyada iştirak edənlər sərhəddə əsgərlərə təlim keçmək üçün göndərilib. Üstəlik, Polşa ordusunun əsgərlərini və Polşa sərhədini qoruyan zabitləri hər hansı şəkildə təhqir edən hər kəs buna görə cavab verəcək.

Öz növbəsində Polşanın daxili işlər naziri Tomaş Siemonyak bildirib ki, sərhədi qanunsuz keçmə cəhdlərinin sayı iki dəfə azalıb.

“Bu, çox konkret nəticədir ki, biz qaçaqmalçıları sərhəddən uzaqlaşdırmışıq. Biz də Belarusa daim siyasi təzyiq göstəririk ki, o, bu prosedurdan əl çəksin”,- Polşa Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
11-12-2024, 08:41 Dmitri Medvedev Pekindədir

bütün xəbərlər