Zaxarova: "ABŞ Cənubi Qafqazdan Rusiyaya qarşı plasdarm kimi istifadə etməyə çalışır"
Tarix: 18-07-2024 18:11 | Bölmə: Dünya
Zaxarova: "ABŞ Cənubi Qafqazdan Rusiyaya qarşı plasdarm kimi istifadə etməyə çalışır"

"ABŞ Cənubi Qafqaz regionuna yalnız Rusiyaya qarşı plasdarm kimi baxır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“ABŞ-ı prinsipcə sülhsevər siyasət qane eləmir. Regionda sülhün və sabitliyin əldə olunması, yalnız Cənubi Qafqaz regionunda ölkələr arasında münasibətlərin hərtərəfli normallaşması və bilavasitə qonşuların - İran, Türkiyə və Rusiyanın iştirakı ilə mümkün olması Vaşinqtonun məqsəd və vəzifələrinə daxil deyil. Üstəlik, bunun qarşısını almağa çalışırlar”, - o bildirib.

M.Zaxarovanın sözlərinə görə, ABŞ-nin vəzifəsi regionda heç bir qarşılıqlı fəaliyyətin, yaxınlaşmanın və ya qarşılıqlı anlaşmanın əldə edilməməsini təmin etməkdir(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər