Terrorçular 26 dinc sakini öldürüb
Tarix: 23-07-2024 09:33 | Bölmə: Dünya
Terrorçular 26 dinc sakini öldürüb

Malidə bir kənddə törədilən terror aktı nəticəsində 26 nəfər həyatını itirib.

Reyting.az
Malinin yerli mətbuatına istinadən xəbər verir ki, naməlum silahlı şəxslər Mopti bölgəsindəki kəndlərdən birində tarla işçilərinə atəş açıb.

İlkin məlumata görə, hadisə nəticəsində 26 nəfər öldürülüb.

Qeyd edək ki, Sahel bölgəsində "üç ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı "Əl Qaidə" və İŞİD-ə bağlı qrupların hücumlarına məruz qalıb.

Xatırladaq ki, terror təşkilatları 2013-cü ildən bəri Malidə hücumlarını davam etdirir.

ELÇİN




Bölməyə aid digər xəbərlər