Ağ ev Baydenin səhhəti ilə bağlı açıqlama yayıb
Tarix: 23-07-2024 09:45 | Bölmə: Dünya
Ağ ev Baydenin səhhəti ilə bağlı açıqlama yayıb

Ağ ev ABŞ prezidenti Co Baydenin COVİD-19 simptomlarından "demək olar ki, tamamilə" sağaldığını və vəziyyətinin yaxşı olduğunu bildirir.

Reyting.az
xəbər verir ki, prezidentin həkimi Kevin Okonnor Baydenin sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama yayıb.

Ağ evin açıqlamasında deyilir ki, Okonnor C. Baydenin iyulun 17-də tutduğu COVİD-19 simptomlarından demək olar ki, tamamilə sağalıb.

Virusla mübarizədə Baydenə bu gün Paxlovid dərmanının 10-cu dozasının verildiyini qeyd edən Okonnor ABŞ prezidentinin bütün prezidentlik vəzifələrini davam etdirdiyini və vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər