Daha bir ölkənin diplomatları “persona non-qrata” elan olunub
Tarix: 30-07-2024 08:27 | Bölmə: Dünya
Daha bir ölkənin diplomatları “persona non-qrata” elan olunub

Peru Xarici İşlər Nazirliyi venesuelalı diplomatlara 72 saat ərzində ölkəni tərk etməyi əmr edib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Peru Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə səhifəsindəki mesajda deyilir.

Qeyd olunur ki, diplomatlar bunu 72 saat ərzində etməlidirlər. Nazirlik bunu Venesuela hakimiyyətinin verdiyi qərarlara cavab kimi qiymətləndirib.

Bundan əvvəl Venesuela hökuməti prezident seçkilərinə yenidən baxılmasını tələb edən yeddi ölkədən: Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidən diplomatik personalı geri çağırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər