18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Raket elementləri təkrar istifadə oluna bilər
Tarix: 01-08-2024 08:37 | Bölmə: Dünya
Raket elementləri təkrar istifadə oluna bilər

Almaniyanın “MT Aerospace” aerokosmik şirkəti “Themis” təkrar istifadə oluna bilən raket elementlərini – daşıyıcının birinci pilləsinin eniş dayaqlarını sınaqdan keçirməyə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “European Spaceflight” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, “Themis” üçün “MT Aerospace” tərəfindən hazırlanmış eniş ayaqları karbon lifindən hazırlanıb və yeddi metr hündürlüyə çatır. Karbon lifinin istifadəsi dayaqları o qədər yüngül edir ki, onların hər birini üç-dörd nəfər daşıya bilər.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər