İtaliyada istilər: xəstəxanaya yerləşdirilənlərin sayı kəskin artıb
Tarix: 13-08-2024 13:03 | Bölmə: Dünya
İtaliyada istilər: xəstəxanaya yerləşdirilənlərin sayı kəskin artıb

İtaliyanın ən məşhur turizm şəhərlərindən bəzilərində istiliklə bağlı xəstəliklərə görə təcili tibbi yardıma müraciət edənlərin sayında kəskin artım var.

Reyting.az
“The Guardian”a istinadla bildirir ki, təxminən iyun ayının ortalarından İtaliyanı isti dalğaları vurur. Yaxın günlərdə bəzi mərkəzi və cənub rayonlarında temperaturun 40 dərəcəni keçəcəyi gözlənilir. Bazar ertəsi Səhiyyə Nazirliyi 17 şəhər üçün "qırmızı xəbərdarlıq" elan edib, yəni istilər səbəbindən hətta sağlam insanlar da risk altında ola bilərlər.

Yüksək riskli ərazilərdə yaşayan və ya ziyarət edən insanlara səhər 11:00-dan axşam 18:00-a qədər birbaşa günəş şüasından qaçmaq tövsiyə olunur.

İtaliya Təcili Tibbi Yardım Cəmiyyətinin prezidenti Fabio De İako “Corriere della Sera” nəşrinə bildirib ki, istilər artdıqca, Roma, Florensiya, Venesiya və Neapol kimi şəhərlərdə istiliklə bağlı xəstəliklər üçün təcili müalicəyə müraciət edənlərin sayı 20 faiz artıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər