20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiyanın aviabazasına hücum olub
Tarix: 26-08-2024 09:38 | Bölmə: Dünya
Rusiyanın aviabazasına hücum olub

Ukrayna pilotsuz təyyarələri Rusiyanın Engelsdəki aviabazasına hücum edib.

Reyting.az
-ın xəbərinə görə, Rusiyanın strateji bombardmançı təyyarələri, ehtimal ki, Ukraynaya raket zərbələri endirmək üçün Engels aviabazasından havaya qalxarkən, Ukrayna pilotsuz təyyarələri bazaya hücuma keçib.

Pilotsuz təyyarələrin işinin nəticələri barədə hələlik məlumat olmasa da, reyd faktını və onun əksini Saratov vilayətinin qubernatoru Roman Busargin təsdiqləyib.

Onun sözlərinə görə, səhər saatlarında bölgə üzərində hava hücumundan müdafiə sistemləri işləyir.

“Saratov və Engelsdəki yaşayış binalarında dağıntılar var", - deyə rəsmi yazıb.

Bundan əvvəl rusiyalı istifadəçilər sosial şəbəkələrdə, ehtimal ki, Saratov səmasında uçan dronların qısa videosunu yayıblar.

Rusiya mətbuatı xəbər verir ki, bir dron Saratovda hündürmərtəbəli binaya, digəri Engelsdə evin damına çırpılıb, onun dağıntıları isə 20 avtomobilə ziyan vurub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər