Türkiyədə silahlı qarşıdurma: ölən və yaralılar var
Tarix: 13-09-2024 08:45 | Bölmə: Dünya
Türkiyədə silahlı qarşıdurma: ölən və yaralılar var

Türkiyənin Çayırova rayonundakı (Kocaeli) əyləncə məkanında baş verən silahlı və bıçaqlı davada bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, Turqut Özal küçəsində yerləşən əyləncə məkanının iş meneceri Kamuran da daxil olmaqla 7-8 nəfərlik naməlum şəxs arasında mübahisə yaranıb.

Mübahisənin davaya çevrilməsi nəticəsində Kamuran, Uğur S., Sinan Ç., Cem Ü. və Bülent Y. tapança və bıçaq yaraları alıblar. Bundan sonra hadisə yerinə polis və sağlamlıq qrupları gəlib.

Yaralılar dərhal Kocaeli və İstanbuldakı müxtəlif xəstəxanalara aparılıb, Kamuran isə həyatını itirib.

Hadisə yerindən sürətlə uzaqlaşan iki nəfəri polis saxlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər