Misir və Sudan arasında qalmaqal yaranıb
Tarix: 10-10-2024 12:30 | Bölmə: Dünya
Misir və Sudan arasında qalmaqal yaranıb

Misir Xarici İşlər Nazirliyi Sudanın Çevik Dəstək Qüvvələrinin (HDK) komandanı Məhəmməd Həmdan Dağalunun Misirin Sudandakı münaqişələrdə iştirakı ilə bağlı iddialarını rədd edib.

Reyting.az
-ın məlumatına görə, nazirliyin yazılı açıqlamasında Çevik Dəstək Qüvvələrinin komandanı Məhəmməd Həmdan Dağalunun Misir təyyarələrinin Sudanda davam edən qarşıdurmalarda iştirak etdiyinə dair iddiaları rədd edilib.

Açıqlamada Misirin Sudanın, onun torpaqlarının və xalqının təhlükəsizliyi, sabitliyi və birliyi ilə maraqlandığı vurğulanıb, ölkənin Sudan xalqına hər cür dəstəyə səy göstərəcəyi bildirilib.



Xatırladaq ki, HDK komandiri Məhəmməd Həmdan Dağalu dünən Sudanda davam edən qarşıdurmalarda Misir təyyarələrinin iştirak etdiyini bildirmişdi.

Qeyd edək ki, Sudanda Ömər əl-Bəşirin 30 illik hakimiyyəti xalq üsyanı ilə devrildikdən sonra mülki şəxslərin iştirakı ilə qurulan hökumətə qarşı birgə çevriliş edən ordu ilə HDK arasında hakimiyyət mübarizəsi artıq bir müddətdir davam edir. Buna son qoymaq üçün başlayan bütün həll cəhdləri uğursuz olub.

BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük və aclığın olduğu Sudanda münaqişələr nəticəsində 20 mindən çox insan həlak olub, 10 milyondan çox insan didərgin düşüb və 25 milyondan çox insan humanitar yardıma ehtiyac duyur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər