Dron hücumu nəticəsində İsraildə 20 nəfər yaralanıb - Yenilənib
Tarix: 13-10-2024 23:12 | Bölmə: Dünya
Dron hücumu nəticəsində İsraildə 20 nəfər yaralanıb

Livandan buraxılmış pilotsuz uçuş aparatının İsrailin şimalındakı Binyamin kəndi yaxınlığında düşməsi nəticəsində azı 20 nəfər xəsarət alıb.

Bu barədə “N12” telekanalı məlumat yayıb.

Bildirilir ki, yaralılardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Telekanal qeyd edib ki, ərazidə hava hücumu xəbərdarlığı olmayıb.

***

Livan dronlarının İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında hücumu nəticəsində onlarla insan yaralanıb, bəziləri kritik vəziyyətdədir.

Reyting.az
xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

Nəşr bunu misli görünməmiş hücum adlandırır. İsrailə doğru üç PUA buraxılıb, lakin onlardan biri İsrail ərazisinə dərininə nüfuz edərək Binyamina ərazisinə düşüb. Bu zaman hava həyəcanı siqnalları aktivləşdirilməyib.

“Hizbullah”ın pilotsuz uçuş aparatı bazar günü axşam Binyamina ərazisinə zərbə endirib, təxminən 67 nəfəri yaralayıb. Onlardan dördü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dron “Hizbullah”ın raket atəşinin müşayiəti altında Livandan buraxılıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}