Yaponiya NATO-ya üzv olmaq istəyir?
Tarix: 14-10-2024 09:45 | Bölmə: Dünya
Yaponiya NATO-ya üzv olmaq istəyir?

Yaponiya NATO-nun 17-18 oktyabr tarixlərində Brüsseldə keçirəcəyi Müdafiə Nazirləri toplantısına ilk dəfə nazir göndərmək qərarına gəlib.

Reyting.az
xəbər verir ki, Yaponiyanın müdafiə naziri Nakatani Gen Avropa turnesinə çıxacağını elan edib.

Onun hədəfinin Yaponiyanın müttəfiqləri ilə danışıqlar aparmq və dost ölkələrlə əlaqələri gücləndirməkdir.

Yaponiyalı nazirin səfəri həm də ölkənin “Çin hegemonluğuna qarşı” Qərblə əməkdaşlıq edəcəyini göstərmək məqsədi daşıyır.

Onu da qeyd edək ki, Yaponiya NATO ilə əlaqələrini daha da artırır. 2022-ci ildə Madriddə keçirilən NATO Liderlər Sammitində iştirak edən əvvəlki baş nazir Fumio Kişida sammitə qatılan ilk Yaponiya baş naziri olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}