Rusiyanın hərbi aerodromu vurulub
Tarix: 14-10-2024 15:26 | Bölmə: Dünya
Rusiyanın hərbi aerodromu vurulub

Rusiya Federasiyasının “Orenburq-2” hərbi aerodromunda “Tu-134” hərbi-nəqliyyat təyyarəsi məhv edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilir ki, oktyabrın 12-dən 13-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin 117-ci hərbi-nəqliyyat aviasiya alayına məxsus “Tu-134” təyyarəsi yanıb. Təyyarə yerləşdiyi Rusiyanın “Orenburq-2” hərbi aerodromunda məhv olub.

Kəşfiyyat mənbələrinin məlumatına görə, belə sovet təyyarələrindən, xüsusən Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli heyətini daşımaq üçün istifadə edilir.

Ukrayna mətbuatı yazır ki, Ukrayna müdafiə qüvvələri mütəmadi olaraq Rusiya Federasiyasının hərbi obyektlərinə zərbələr endirir və düşmən qüvvələrini məhv edir. Məsələn, dünən Xanskaya aviabazasına Ukrayna Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi və Xüsusi Əməliyyat Qüvvələrinin pilotsuz təyyarələri tərəfindən hücum edilib. İddiaya görə, hücum ərəfəsində aviobazda 12 ədəd “Su-34”, iki “Diamond DA42”, “37 L-39”, dörd “Su-35S” və iki “Mi-8” olub. Bundan əlavə, Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələr hücum zamanı hava limanında 57 döyüş və təlim təyyarəsi və helikopterin olduğunu qeyd ediblər. Onlardan neçəsinin məhv edildiyi və ya zədələnməsi araşdırılır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}