NATO-nun nüvə təlimlərinə 8 aviabazada start verilir
Tarix: 14-10-2024 16:43 | Bölmə: Dünya
NATO-nun nüvə təlimlərinə 8 aviabazada start verilir

Şimali Atlantika Alyansı nüvə təlimlərinə start verir. Alyansın məlumatında qeyd olunur ki, NATO-nun nüvə qarşısının alınması tədbirləri hər oktyabr ayında keçirilir.

Reyting.az
-ın məlumatına görə, NATO-nun baş katibi Mark Rutte deyib ki, nüvə qarşısının alınması müttəfiqlərin təhlükəsizliyinin təməl daşı olmaqla yanaşı istənilən rəqibə NATO-nun bütün müttəfiqlərini qoruyacağı və müdafiə edəcəyinə dair aydın siqnaldır.

NATO-nun hər oktyabr ayında keçirilən Stadfast Noon təlimində səkkiz hava bazasından 2000 hərbçi və müxtəlif tipli təyyarələr, o cümlədən nüvə qabiliyyətli təyyarələr, bombardmançılar, qırıcı müşayiətçilər, yanacaq dolduran təyyarələr, kəşfiyyat və elektron müharibə apara bilən təyyarələr iştirak edir.

Bu ilki təlim ilk növbədə ev sahibi ölkələr Belçika və Hollandiya üzərində uçuşlar, həmçinin Danimarka, Böyük Britaniya və Şimal dənizi üzərindəki hava məkanını əhatə edir. Təlimin planlaşdırılması bir il əvvəl başlayıb və 13 müttəfiq təlimdə iştirak etmək üçün təyyarə göndərəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}