12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Qətər əmiri ölkə vətəndaşlarını dəyişikliyə səs verməyə çağırıb
Tarix: 30-10-2024 11:10 | Bölmə: Dünya
Qətər əmiri ölkə vətəndaşlarını dəyişikliyə səs verməyə çağırıb

Qətərdə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir.

Reyting.az
xəbər verir ki, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ölkə vətəndaşlarını konstitusiyaya dəyişikliklərlə bağlı noyabrın 5-də keçiriləcək referendumda iştirak etməyə çağırıb.

Bildirilir ki, konstitusiya dəyişikliyi ilə bağlı referendumun nəticələri seçki məntəqələri bağlandıqdan 24 saat sonra açıqlanacaq.

Qeyd edək ki, Qətərdə konstitusiya dəyişikliyi üçün hazırlanan qanun layihəsi dünən Şurada qəbul edildikdən sonra Əmir Şeyx Təmimə təqdim edilib.

Xatırladaq ki, Qətər Əmiri Şeyx Təmim “X” hesabındakı əvvəlki açıqlamasında konstitusiyada ediləcək dəyişikliklərin iki məqsədi olacağına diqqət çəkmişdi:

“Məqsəd bir tərəfdən xalqın birliyini, digər tərəfdən isə vətəndaşların hüquq və vəzifələrdə bərabərliyini təmin etməkdir. Qanun qarşısında bərabərlik həm hüquqi, həm mənəvi, həm də konstitusiya vəzifəsidir və bu müasir dövlətin əsasını təşkil edir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər