12:31 / 05-02-2025
Sabah yağış yağacaq
İrakli Kobaxidze Qazaxıstana gedib
Tarix: 05-02-2025 10:57 | Bölmə: Dünya
İrakli Kobaxidze Qazaxıstana gedib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Qazaxıstan Respublikasına gedib.

Reyting.az
xəbər verir ki, səfər çərçivəsində 5-6 fevral tarixlərində onun Qazaxıstanın Baş naziri Olcas Bektənov ilə təkbətək və geniş tərkibli görüşləri nəzərdə tutulub.

İrakli Kobaxidzeni Prezident Sarayında Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qəbul edəcək.

Baş nazirin səfəri çərçivəsində Gürcüstan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinə birinci vitse-premyer, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, təhsil və elm naziri Aleksandre Tsuladze, idman naziri Şalva Qoğoladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir(Report).




Bölməyə aid digər xəbərlər