Prezident: “Rusiyaya tam ticarət embarqosunu nəzərdən keçirməliyik”
Tarix: 10-02-2025 10:35 | Bölmə: Dünya
Prezident: “Rusiyaya tam ticarət embarqosunu nəzərdən keçirməliyik”

Estoniya prezidenti Alar Karis tərəfdaşları Rusiya Federasiyasına qarşı ticarət embarqosunun tətbiqini müzakirə etməyə çağırıb.

Reyting.az
xəbər verir ki, fevralın 9-da Baltikyanı ölkələr və Polşa liderləri Vilnüsdə görüşüblər.

Alar Karis “X” mikrobloqunda yazıb ki, Avropa İttifaqı öz müstəqilliyini daha da möhkəmləndirməli və Rusiya enerji resurslarının öz ərazisinə idxalını dayandırmalıdır: “Biz hətta Rusiyaya qarşı tam ticarət embarqosu imkanını ciddi şəkildə nəzərdən keçirməliyik”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər