12:36 / 12-02-2025
Sabah yağış yağacaq
Rusiya Ukraynanı “İsgəndər” raketi ilə vurub
Tarix: 12-02-2025 12:57 | Bölmə: Dünya
Rusiya Ukraynanı “İsgəndər” raketi ilə vurub

Rusiya ordusu bu gecə Kiyev və Krivoy Roqu “İsgəndər-M” ballistik raketi ilə vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ruslar Bryansk vilayətindən altı, Krımdan isə bir raket atıb. Müdafiə qüvvələri altı ballistik hədəfi vura bilib.

Bundan əlavə, ruslar Ukraynaya 123 ədəd “Şahed” tipli hücum PUA-lar və digər model dronlarla hücum ediblər. Hücumların hədəfi Xarkov, Poltava, Sumı, Kiyev, Çerkassı, Çerniqov, Kirovoqrad, Jitomir, Dnepropetrovsk, Xerson və Nikolayev vilayətləri olub. Ukrayna ordusu 71 hücum PUA-sı vurub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər