Vaşinqton Kanadaya xəbərdarlıq edir
Tarix: 12-03-2025 12:46 | Bölmə: Dünya
Vaşinqton Kanadaya xəbərdarlıq edir

Ağ ev Kanadanın Ontario əyalətinə xəbərdarlıq edib ki, ABŞ-a elektrik enerjisinin verilməsini tamamilə kəsmək “ciddi nəticələrə” səbəb ola bilər.

Reyting.az
-ın məlumatına görə, Ağ evin sözçüsü Karoline Leavitt mətbuat konfransında Ontario baş naziri Duq Fordun ABŞ-a elektrik enerjisi verilməsi planları ilə bağlı gərginliyə reaksiya verib.

“Kanada Birləşmiş Ştatlara elektrik enerjisi verməyi dayandırsa, ciddi nəticələrlə üzləşəcək”, - Ağ evin sözçüsü deyib.

K. Leavitt prezident D. Trampın ABŞ-nın Kanada da daxil olmaqla, xarici ölkələrin elektrik enerjisindən asılı olmamasında qərarlı olduğunu bildirib və Kanadanın ağıllı bir qərar verəcəyinə ümid etdiyini deyib.

Leavitt qonşu və tərəfdaş kimi təsvir etdiyi Kanadanın “indi rəqibə çevrilə biləcəyini” də qeyd edib.

Xatırladaq ki, ABŞ-nın Kanada və Meksikadan idxal etdiyi məhsullara 25 faizlik əlavə rüsum martın 4-dən icra edilir. Tramp daha sonra bu ölkələrin aprelin 2-dək “ABŞ-Meksika-Kanada Razılaşması (USMCA)” çərçivəsində olan məhsullara tarif tətbiq etməyəcəklərini açıqlayıb. Martın 10-da Kanadanın ən sıx məskunlaşma olan Ontario əyalətinin baş naziri Duq Ford bəyan edib ki, Vaşinqton administrasiyasının yeni tarifləri müqabilində ABŞ-a verdikləri elektrik enerjisinə əlavə 25 faiz rüsum tətbiq edəcəklər.

Ford deyib ki, lazım gələrsə, bu nisbəti artırmaqdan da çəkinməyəcəklər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər