Ukraynaya xarici qoşunların gətirilməsini müzakirə edirlər
Tarix: 18-03-2025 08:55 | Bölmə: Dünya
Ukraynaya xarici qoşunların gətirilməsini müzakirə edirlər

Kənar qoşunların Ukrayna ərazisində yerləşdirilməsinin detalları müzakirə olunur.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın Xarici işlər naziri Andrey Sibiqa “RBC-Ukrayna”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna digər ölkələrin hərbi kontingentlərinin ölkə ərazisinə yerləşdirilməsi ilə bağlı ətraflı müzakirələr mərhələsindədir: “Biz artıq öz qoşunlarını yerləşdirməyə hazır olan ölkələrin siyahısını gələcək təhlükəsizlik zəmanətləri sisteminin mühüm effektiv elementləri kimi başa düşürük. Ona görə də detalların müzakirəsi mərhələsindəyik”.

ELÇİN




Bölməyə aid digər xəbərlər