PKK-çılar Hələb-Şeyx Məqsud və Tişrin xəttindən qovulub
Tarix: 14-04-2025 09:43 | Bölmə: Dünya
PKK-çılar Hələb-Şeyx Məqsud və Tişrin xəttindən qovulub

Türkiyənin Suriya Milli Ordusu (SNA) ilə birlikdə Təl-Rifat və Mənbic əməliyyatlarında sıxışdırdığı PKK/YPG terror təşkilatının qalıqları Hələb-Şeyx Məqsud və Tişrin xəttindən çıxarılıb.

Reyting.az
xəbər verir ki, Dəməşqə bağlı qoşunlar Tişrin bəndinə daxil olub.

Terror təşkilatı PKK/YPG/SDG-nin "Mazlum Kobani" kod adlı lideri Ferhat Abdi Şahin Dəməşqin Rakka və Deyr əz-Zorun transferini istədiyini açıqlayıb.

Terrorçu Şahin federalizm variantından əl çəkmədiklərini açıqlasa da, Hələb və İdlib şəhərlərini əhatə edən “Şimali Ordu Komandanlığı”na Türkmən Sultanı Murat Diviziya Komandiri Fehim İsanı təyin etməsi diqqət çəkib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər