Nazir İsveçrəyə qayıtsa da, təyyarəsi Ankarada qalıb
Tarix: 14-04-2025 09:50 | Bölmə: Dünya
Nazir İsveçrəyə qayıtsa da, təyyarəsi Ankarada qalıb

İsveçrənin dövlət təyyarəsi “Bombardier” Ankarada uçuşa hazırlaşarkən mühərrikində nasazlıq yaranıb. Onu ehtiyat hissələri üçün anqara çəkiblər. Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ehtiyat təyyarə ilə ölkələrinə qayıdıb.

Reyting.az
xəbər verir ki, İsveçrə "Falcon 900" dövlət təyyarəsini "Bombardier Global 7500" şəxsi təyyarəsi ilə əvəz edib.

109 milyon dollara (103 milyon İsveçrə frankı) başa gələn təyyarə "israf" olduğu üçün tənqidlərə məruz qalıb.

İsveçrə bu yaxınlarda Türkiyəyə səfər zamanı “dövlət təyyarəsi” “Bombardier Global 7500”-dən istifadə edib.

İsveçrə nümayəndə heyəti Ankarada İsveçrə-Türkiyə Dostluq Sazişinin 100-cü ildönümü və ondan sonra Antalyada keçirilən Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə gəlib.

Lakin xarici işlər naziri İqnazio Kassisin olduğu təyyarə Ankaradan Antalyaya uçan zaman xarab olub.

Pilot risk edərək Antaliyaya uçub. Daha sonra nümayəndə heyəti eyni təyyarə ilə yenidən Ankaraya gətirilsə də, təyyarənin İsveçrəyə çata bilməyəcəyi məlum olub.

Təyyarənin ehtiyat hissələri gələnə qədər Ankaradakı anqarda qalmasına qərar verilib.

İsveçrənin digər "dövlət təyyarəsi" “Falcon 900” diplomatik nümayəndə heyətini geri aparıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər