15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Belarus və Rusiya vətəndaşlarına qarşı sanksiya müddəti uzadılıb
Tarix: 17-04-2025 16:32 | Bölmə: Dünya
Belarus və Rusiya vətəndaşlarına qarşı sanksiya müddəti uzadılıb

Litva Seymi Rusiya və Belarus vətəndaşlarına qarşı milli sanksiyaları daha bir il uzadıb. Mühafizəkarların hər iki ölkənin sakinlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi təklifi isə rədd edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Litva mətbuatı yazıb.

Məlumata görə, 115 deputat sanksiyaların uzadılması haqqında qanunun lehinə səs verib. Qanunun əleyhinə səs verən olmasa da, bir nəfər bitərəf qalıb.

Qanun Rusiya və Belarus vətəndaşlarına daimi və müvəqqəti yaşamaq üçün icazələrin verilməsi, vizaların rəsmiləşdirilməsi, elektron rezident statusunun verilməsi prosedurunu sərtləşdirir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib