Oman sultanı Rusiyaya rəsmi səfərə gəlib
Tarix: 21-04-2025 18:21 | Bölmə: Dünya
Oman sultanı Rusiyaya rəsmi səfərə gəlib

Oman sultanı Heytəm bin Tariq Əl Səid Rusiyaya rəsmi səfərə gəlib. Onun təyyarəsi paytaxtın Vnukovo 2 hava limanına enib.

Reyting.az
-ın məlumatına görə, Kremlin mətbuat xidməti şənbə günü bildirib ki, Rusiya prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Rusiyaya dövlət səfəri ilə gələn Oman sultanı ilə danışıqlar aparacaq.

Mətbuat xidməti qeyd edib ki, Rusiya-Oman əməkdaşlığının gələcək inkişafının əsas istiqamətləri, o cümlədən ticarət-iqtisadi, maliyyə və investisiya, mədəni-humanitar sahələr müzakirə olunacaq.

Oman dövlət xəbər agentliyi ONA-nın məlumatına görə, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın aspektləri və əlaqələrin möhkəmləndirilməsinin mümkün yollarının müzakirəsi, həmçinin aktual regional və beynəlxalq məsələlər üzrə məsləhətləşmələrin aparılması planlaşdırılır. Omanın Rusiyadakı səfiri Hamud bin Salem əl-Tuayx ONA-ya bildirib ki, səfər zamanı 10 saziş və yol xəritəsi, o cümlədən ölkələrin vətəndaşları üçün viza tələblərinin qarşılıqlı ləğvi haqqında saziş imzalanacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib