Tramp: Putinlə özüm görüşməsəm irəliləyiş olmayacaq
Tarix: 15-05-2025 17:06 | Bölmə: Dünya
Tramp: Putinlə özüm görüşməsəm irəliləyiş olmayacaq

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə özü görüşənə qədər Ukrayna ilə bağlı sülh danışıqlarında irəliləyiş olmayacağını deyib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Tramp Əbu-Dabiyə enməzdən öncə fikirlərini "Air Force One" təyyarəsində olan jurnalistlərlə bölüşüb.

Tramp həmçinin əlavə edib ki, o, Putinin Ukrayna ilə danışıqlar üçün Türkiyəyə gələn Rusiya nümayəndə heyətinə daxil edilməməsindən məyus deyil. Tramp daha sonra deyib ki, Rusiya nümayəndə heyətinin tərkibi haqqında hələ də heç nə bilmir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər