Kreml Trampın “Putin dəli olub” sözünə reaksiya verib
Tarix: 26-05-2025 14:07 | Bölmə: Dünya
Kreml Trampın “Putin dəli olub” sözünə reaksiya verib

Kreml ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya üç günlük intensiv hücumlarından sonra prezident Vladimir Putini “dəli” kimi təqdim etməsinə reaksiya verib.

Reyting.az
-ın məlumatına görə, Kreml prezident Putinin Rusiyanı müdafiə etdiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın hücumlarının Ukraynanın hücumlarına cavab olduğunu deyib və əlavə edib ki, Putin Rusiyanın təhlükəsizliyini təmin etmək üçün lazımi qərarlar verir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp “Truth Social” səhifəsində Rusiya prezidenti Vladimir Putini sərt sözlərlə tənqid edib.

“Mənim Rusiya prezidenti Vladimir Putinlə həmişə çox yaxşı münasibətim olub, amma indi ona nəsə olub. Putin tamamilə “dəli” olub. O, lazımsız yerə çoxlu insanı öldürür və mən təkcə əsgərlərdən danışmıram. Ukraynanın şəhərlərinə heç bir səbəb olmadan raketlər və pilotsuz təyyarələr atılır”,-Tramp qeyd edib.

ABŞ prezidenti Ukrayna liderini də tənqid edib: “Eyni şəkildə prezident Zelenski də belə danışmaqla ölkəsinə heç bir yaxşılıq etmir. Onun ağzından çıxan hər şey problem yaradır, bundan xoşum gəlmir, buna son qoysa, yaxşı olardı”.

ELÇİN




Bölməyə aid digər xəbərlər